EN

Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir

Azərbaycanda zaminin məsuliyyəti borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə dayandırılacaq.

Modern.az-ın mÉ™lumatına görÉ™, bu barÉ™dÉ™ mÉ™sÉ™lÉ™ Milli MÉ™clisin bu gün keçirilÉ™n iclasında müzakirÉ™yÉ™ çıxarılan Mülki MÉ™cÉ™llÉ™yÉ™ tÉ™klif edilÉ™n dÉ™yiÅŸiklikdÉ™ É™ksini tapıb.

Dəyişikliyə əsasən, zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik üzrə zamin subsidiar məsuliyyəti nəzərdə tutulduğu halda, zaminin məsuliyyəti borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə dayandırılması təklif edilir.

Qeyd edək ki, Mülki Məcəlləyə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.

Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
39
10
modern.az

10Sources