AZ

Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir

Bakı. Trend:

Azərbaycanda zaminin məsuliyyəti borclunun öldüyü gündən mirasınqəbul edildiyi günədək müddətdə dayandırılacaq.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu günkeçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklifedilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, zaminlik müqaviləsi ilə təmin edilmişöhdəlik üzrə zamin subsidiar məsuliyyəti nəzərdə tutulduğu halda,zaminin məsuliyyəti borclunun öldüyü gündən mirasın qəbul edildiyigünədək müddətdə dayandırılması təklif edilir.

Qeyd edək ki, Mülki Məcəlləyə əsasən, zaminlik müqaviləsi üzrəzamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyinitamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinəgötürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təminedilməsi üçün də bağlana bilər.

Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formayariayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəbolur.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq üçüncü oxunuşdaqəbul edilib.

Seçilən
28
10
Mənbələr
Şərh ()
Bağla