EN

Zabratda yoldan çıxan maşın avtoyuma məntəqəsinə girdi - VİDEO

Sabunçu rayonu Zabrat qəsəbəsində qəza baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 18-i axşam saatlarında qeydə alınıb. Hərəkətdə olan 99-ND-838 dövlət nömrə nişanlı “Opel” markalı maşın yol kənarındakı obyektə girib. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə idarəetməni itirən sürücü maşını avtoyuma məntəqəsinə çırpıb. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə və obyektə maddi ziyan dəyib.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
205
50
Sources
Comment ()
Close