Avropa və Konfrans liqalarında yarımfinalçılar bəlli oldu: “Fənərbağça” ələndi – Video
Yunanıstan “Olimpiakos”u Türkiyənin “Fənərbağça” klubunu penaltilər seriyasında 3:2 hesabı ilə məğlub edərək Konfrans Liqasının yarımfinal mərhələsinə vəsiqəni qazanıb. Yeniavaz.com xəbər verir ki, ilk görüşdə 2:3 hesabı ilə uduzan “Fənərbağça” əsas və əlavə vaxtda 1:0 hesabı ilə qalib gəlib.
Avropa Liqasında da yarımfinal cütləri məlum olub. Belə ki, bu mərhələdə İtaliya təmsilçisi “Atalanta” Fransanın “Marsel”, digət İtaliya təmsilçisi “Roma” isə Almaniyanın “Bayer”i ilə qarşılaşacaq. Hər iki turnirdə də ilk oyunlar mayın 2-də, cavab görüşləri isə mayın 9-da baş tutacaq. Avropa Liqasında final 22 mayda Dublində baş tutacaq. Konfrans Liqasının finalı isə mayın 29-da Afinada keçiriləcək.