![Konfrans](https://azertag.az/files/2024/1/1200x630/17134686591990964244_1200x630.jpg)
Bakı, 18 aprel, AZƏRTAC
Konfrans Liqasında yarımfinala vəsiqə qazanan ilk komandanın adı məlum olub.
AZƏRTAC xəbər verir ki, İtaliya "Fiorentina"sı Çexiyada keçirilən ilk görüşdə qolsuz heç-heçə etdiyi "Viktoriya Plzen"i doğma meydanda qəbul edib. Bu qarşılaşmanın da əsas vaxtında qapılara qol vurulmadığı üçün əlavə 30 dəqiqə oynanılıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn Florensiya təmsilçisi adını 1/2 finala yazdırıb.