EN

Hərbi helikopter qəzasında ölkənin baş komandanı öldü - FOTO

Keniyada hərbi helikopter qəzaya uğrayıb, ölənlər var.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Keniyanın "Nation" qəzeti məlumat yayıb.

Qəza nəticəsində 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Nəşrin məlumatına görə, qəzada ölənlərdən biri Keniya Müdafiə Qüvvələrinin Baş komandanı Frensis Oqolladır.

Bildirilibki, helikopter havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb.

Helikopterdə olan digər şəxslərin kimliyi bilinmir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
89
50
milli.az

10Sources