AZ

Kolumbiyada hərbi helikopter qəzaya uğradı - 9 hərbçi öldü

Kolumbiyanın şimalında qəzaya uğrayan hərbi helikopterdə 9 əsgərin öldüyü açıqlanıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Bolivar inzibati bölgəsinin Quaraperiya kəndi ərazisində qəzaya uğrayan Mİ-17 HK3395 nömrəli hərbi helikopterdə 1 general və 8 əsgər həlak olub.

Kolumbiya Prezidenti Qustavo Petro sosial media hesabından verdiyi açıqlamada qəzada həlak olan əsgərlər üçün "böyük kədər" hiss etdiyini bildirib.

Hərbi helikopterin “Clan del Golfo” adlı narkotik və hərbiləşdirilmiş təşkilata qarşı əməliyyatda iştirak etdiyi paylaşılıb.

Qəza ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

Qeyd edək ki, ilin əvvəlindən ölkədə çoxlu sayda hərbi qulluqçu helikopter qəzalarında həlak olub.

Malik Atilay 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
225
50
525.az

10Mənbələr