EN

Məhkəmə sabiq erməni nazir ilə bağlı qərar verdi

Ermənistanın sabiq müdafiə naziri David Tonoyan həbsdə qalacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, məhkəmə müdafiə tərəfinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini yenidən rədd edib.

Sabiq nazir 2 il 7 aydır ki, həbsdədir.

Qeyd edək ki, Tonoyan bir neçə yüksək rütbəli hərbçi ilə birlikdə istifadəyə yararsız raketlər almaqda və 4,6 milyon dollar mənimsəməkdə ittiham olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
68
10
milli.az

10Sources