AZ

Ermənistanın keçmiş müdafiə naziri yenə həbsdə qaldı - VƏSATƏT RƏDD EDİLDİ

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan yenə həbsdə qalacaq.

Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Mənbə qeyd edir ki, məhkəmə müdafiə tərəfinin həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini yenidən rədd edib.

Xatırladaq ki, Tonoyan bir neçə yüksək rütbəli hərbi məmurla birlikdə istifadəyə yararsız raketlər almaqda və 4,6 milyon dolları mənimsəməkdə ittiham olunur. 

Sabiq nazir 2 il 7 aydır həbsdədir.

Bizim.Media
 

Seçilən
62
10
Mənbələr
Şərh ()
Bağla