EN

Türkiyənin ana müxalifət partiyası CHP-nin Azərbaycanla bağlı mövqeyində müsbət dəyişikliklər olur

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özər Avropa Şurasında səs vermə hüququnun təmin edilməsi üçün Azərbaycanı müdafiə edərək, bunun özləri üçün önəmli olduğunu vurğulayıb. Qardaş ölkənin əsas müxalifət partiyası CHP -nin Azərbaycana qarşı mövqeyində müsbət dəyişikliklər baş verir.

CHP Türkiyədə bələdiyyə seçkilərində qalib gəlib, kifayət qədər mövqeyini möhkəmləndirib. Türkiyədə CHP iqtidara gəlməsi ilə, Azərbaycana dəstəyin azalacağı, daima siyasi partiyalarda və ekspert camesində siyasi müzakirə predmeti olur. AKP kimi, CHP-nin Azərbaycana tam dəstək verməyəcəyi qeyd edilir. Burada haqli məqamlar var. İkinci Qarabağ müharibəsində CHP sədri Kamal Klıçdaroglunun və funksionerlərinin ölkəmizə ciddi dəstəyinin şahidi olmadıq. Hətta MHP kimi, CHP Azərbaycana dəstək vermədi.

CHP rəhbərliyin dəyişməsi, yeni sədrin Azərbaycanla bağlı müsbət mesajlarının şahidi oluruq. Hətta CHP sədri Özgür Özər başkanlığa seçiləndə ilk səfərini Azərbaycana edəcəyini vurğulamışdır.

Türkiyənin güclənməsi fonunda Azərbaycanla da sıx müttəfiqlik əlaqələrinə malik olması. yeni rəhbərliyin siyasətində dəyişikliklər edib.

Cənab Ərdoğanın prezidentlik dövrü iki qardaş ölkənin qızıl dövrüdür. CHP rəhbərliyi reallıqları qəbul edir və Azərbaycanla sıx əməkdaşlıq qardaş ölkənin milli maraqlarına cavab verdiyinin fərqindədirlər.

Qeyd edim ki, CHP sabiq sədri Kamal Klıçdaroglunun Azərbaycana qarşı mövqeyi məhz dövlət maraqlarından deyil, Ərdoğana qarşı qəzəbi üzərindən qurulmuşdur. Yeni CHP rəhbərliyi Azərbaycana qarşı siyaətində ciddi korrektlər etməyə başlayır və əvvəlki rəhbərliyin səhvini düzəldir.

Artıq Türkiyədə 20 illik oturuşmuş sistem var və bu sistemi müdafiə edib, inkişaf etdirmək CHP üçündə əsas xətt olacaq. Çünki, bu plan Türkiyəni regional gücə və söz sahibi ölkəyə çevirib. Uzun müddət CHP sıralarında anti-Azərbaycan mövqelərinin şahidi olmuşuq. Yeni sədr bu kimi çıxışların qarşısını almalı və yeni siyasətində Azərbaycanla bağlı məsələdə partiyanın bütün kadrolarına tapşırıq verməlidir. Türkiyə ilə Azərbaycan arasında imzalanmış bəyannamə və müqavilələr iki qardaş ölkənin Cənubi Qafqazda mövqeyini möhkəmləndirib.

Məhəmməd Əsədullazadə

visiontv.az



Chosen
69
1
Sources
Comment ()
Close

Rating

Bakıda hoteldə yanğın başlayıb
1306
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
884
Bu yol qovşağında təmir işləri aparılacaq
572
Sabah 5 kəndin qazı kəsiləcək
524
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
441
Bakıda 9 otaqlı evdə yanğın baş verib
427
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
374
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
304
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
302
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
292
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
210
Çingiz Mustafayevin toyudur - FOTOLAR
203
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
199
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
185
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
153
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
97
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
95
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
81
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
79