AZ

Qardaş Türkiyə CHP-dən mühüm dəstək - “Azərbaycanı AŞ-yə qaytarın, biz zamin oluruq”...

Məhəmməd Əsədullazadə: “Özgür Özəlin AŞPA-da sərgilədiyi mövqe ölkəmizin maraqlarına cavab verir”Məlum olduğu kimi, Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana dəstək verib.CHP lideri çıxışı zamanı bildirib ki, Azərbaycanla bağlı proses qısa zamanda həll olunmalıdır. Onun sözlərinə görə, Azərbaycanla bağlı yaşanan hadisə təəssüf doğurur: “Biz Şuranın ortaq dəyərlərini müdafiə edirik, lakin Azərbaycanla bağlı yaşanan hadisə hər iki tərəf üçün ibrətamizdir. Və bundan sonra münasibətlərin yenidən təsis edilməsi üçün bizim üçün çox önəmli olan Azərbaycanla Şura arasında hər cür məsuliyyəti üzərimizə götürməyə hazırıq”.Ümumilikdə, ekspertlər CHP-nin Azərbaycana verdiyi bu dəstəyi necə dəyərləndirir?“Yeni CHP rəhbərliyi Azərbaycana qarşı siyasətində əvvəlki rəhbərliyin səhvini düzəldir”Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bütövlükdə buna müsbət prizmadan yanaşdı: “Görünən odur ki, qardaş ölkənin əsas müxalifət partiyası CHP-nin Azərbaycana qarşı mövqeyində müsbət dəyişikliklər baş verir. CHP Türkiyədə bələdiyyə seçkilərində qalib gəlib və kifayət qədər mövqeyini möhkəmləndirib. Türkiyədə CHP-nin iqtidara gəlməsi ilə Azərbaycana dəstəyin azalacağı daima siyasi partiyalarda və ekspert cameəsində siyasi müzakirə predmeti olur, CHP-nin AKP kimi Azərbaycana tam dəstək verməyəcəyi qeyd edilir. Burada haqlı məqamlar var. İkinci Qarabağ müharibəsində CHP sədri Kamal Kılıçdaroglunun və funksionerlərinin  ölkəmizə ciddi dəstəyinin şahidi olmadıq. Hətta MHP kimi belə, CHP Azərbaycana dəstək vermədi. CHP rəhbərliyinin dəyişməsilə yeni sədrin Azərbaycanla bağlı müsbət mesajlarının şahidi oluruq. Hətta CHP sədri Özgür Özəl başkanlığa seçiləndə ilk səfərini Azərbaycana edəcəyini vurğulayıb. Türkiyənin güclənməsi fonunda Azərbaycanla da sıx müttəfiqlik əlaqələrinə malik olması yeni rəhbərliyin siyasətində dəyişikliklər edib. Cənab Ərdoğanın prezidentlik dövrü iki qardaş ölkənin qızıl dövrüdür. CHP rəhbərliyi reallıqları qəbul edir və Azərbaycanla sıx əməkdaşlığın qardaş ölkənin milli maraqlarına cavab verdiyinin  fərqindədirlər. Özgür Özəlin AŞPA-da sərgilədiyi mövqe ölkəmizin maraqlarına cavab verir. Bu, iki ölkənin strateji müttəfiqliyinin göstəricisidir. Ancaq CHP-nin sabiq sədri Kılıçdaroglunun Azərbaycana qarşı mövqeyi məhz dövlət maraqlarından deyil, Ərdoğana qarşı qəzəbi üzərindən qurulmuşdu. Yeni CHP rəhbərliyi partiyanın Azərbaycana qarşı siyasətində ciddi korrektələr etməyə başlayır və əvvəlki rəhbərliyin səhvini düzəldir. Artıq Türkiyədə 20 illik oturuşmuş sistem var və bu sistemi müdafiə edib, inkişaf etdirmək CHP üçün də əsas xətt olacaq. Çünki bu plan Türkiyəni regional gücə və söz sahibi ölkəyə çevirib. Uzun müddət CHP sıralarında anti-Azərbaycan mövqelərinin şahidi olmuşuq. Yeni sədr bu kimi çıxışların qarşısını almalı və yeni siyasətində Azərbaycanla bağlı məsələdə partiyanın bütün kadrlarına tapşırıq verməlidir. Türkiyə ilə Azərbaycan arasında imzalanmış bəyannamə və  müqavilələr iki qardaş ölkənin Cənubi Qafqazda mövqeyini möhkəmləndirib”.Vidadi ORDAHALLI

Seçilən
46
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21306
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19357
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18285
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17691
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16923
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16758
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16109
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15546
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12034
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11281
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9338
"Zaur, yenə çaşdın..." - VİDEO
8875
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8413
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8015
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7545
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7186
Minimum əmək haqqı nə qədər arta bilər?
7095
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6387
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5777