EN

Uşağı döymək və ya cəza vermək düzündür? - İZAH EDİLDİ

“Uşaq tərbiyəsində valideynlərdən mütəmadi şəkildə gələn sullardan biri uşaqları döymək ilə bağlıdır. Belə ki, onlar, xüsusilə hiperaktiv övladı olan valideynlər şikayətlənir və belə suallar ünvanlayır: “Uşağım çox aktivdir evdə bir yerdə dayanmır. Yemək yeyərkən süfrədə düzgün əyləşmir, şəxsi əşyalarına qarşı çox səliqəsiz davranır, evdə qardaş-bacısı ilə düzgün münasibət qura bilmir və s. Belə halda uşağı döymək və ya cəza vermək onun psixologiyasına hansı təsirləri edə bilər?” Bəs bu vəziyyətdə valideynlər nə edə bilər, necə bir çıxış yolu seçə bilər? Təbiidir ki, hər bir valideynin öz tərbiyə üsulu, övladına yanaşma şəkli vardır. Ancaq psixologiyada, xüsusən valideyn-övlad münasibətlərində, uşaqların tərbiyəsində ümumi qəbul edilmiş bir neçə qaydalar vardır”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

Psixoloq bildirib ki, övladına nümunə elə valideynlərin özləridir: “Uşaqlar nəyisə sözlərlə deyil, görərək öyrənirlər. Sözlərlə nələrisə öyrənmək, onlarda ümumi 3%-i təşkil edirsə, bu davranışlarda 58% göstəriciyə qədər yüksələ bilir. Ona görə də uşağa nəyisə öyrədəndə və ya izah edəndə ilk öncə valideyn onun özündə olub-olmamasına diqqət etməlidir. Digər bir qayda ondan ibarətdir ki, valideynlər övladlarını hər hansı hərəkətinin və ya verilən tapşırığın yerinə yetirilməsindən asılı olaraq mükafat verməkdən, şərt qoymaqdan çəkinməlidirlər. Bunlar doğru yanaşma üsulu deyil. Zamanla artıq övlad özü də valideynlərə şərtlər qoymağa başlayacaqdır. Məsələn: tapşırıqlarımı yerinə yetirdim xoşladığım şirnilərdən al gətir mənə və s. kimi fikirlər, şərtlər səsləndirməyə başlayacaq. Bu həm də, onlarda mükafatlara həvəsi artıracaq və bir müddət sonra nələrisə ancaq mükafatlanmaq və tərif eşitmək üçün etməyə başlayacaqlar.

Növbəti qızıl qaydalardan biri də, övladınıza dediyiniz sözləri, fikirləri doğru şəkildə ifadə etməyin vacibliyidir. Fikirləri onun anlayacağı tərzdə və pozitiv yöndən izah etmək əsasdır. Bu həm valideyn-övlad münasibətlərinə müsbət təsir edəcək, həm də, onlarda özgüvən hissini artıracaqdır. Hər hansı səhvlərini izah edərkən də bu metoddan istifadə etmək olar. Hər zaman neqativ tərəfi yox, pozitiv tərəfi vurğulamaq lazımdır. Belə olduqda uşağın beynində də mənfi kodlar, fikirlər yazılmır və daima müsbəti etməyə, düşünməyə çalışır. Çünki, deyilən bütün sözlər uşaqların şüuraltısına belə desək, yazılır və valideynlərin onlar üçün seçdikləri bənzətmələr, geyimlər və s. onunların əyninə, zehninə oturmağa başlayır”.

Müəllif: Səbinə Hüseynli
Chosen
92
Sources
Comment ()
Close

Rating

Bakıda hoteldə yanğın başlayıb
854
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
579
Bu yol qovşağında təmir işləri aparılacaq
377
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
366
Sabah 5 kəndin qazı kəsiləcək
284
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
221
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
217
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
207
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
204
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
154
Çingiz Mustafayevin toyudur - FOTOLAR
143
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
131
Bakıda 9 otaqlı evdə yanğın baş verib
121
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
119
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
90
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
90
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
71
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
65
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
53
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
42