EN

Bakıda bu yolda hərəkət məhdudlaşdırılacaq

Bakı. Trend:

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobilyoluna çıxış hissədə (estekadadan yanacaq-doldurma məntəqəsinəqədər) aparılacaq təmir işləri ilə əlaqədar olaraq sabah saat08:00-dan aprelin 21-i saat 22:00-a qədər avtonəqliyyatvasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları DövlətAgentliyindən məlumat verilib.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunanmüddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardanistifadə etmələri xahiş olunur. Yarana biləcək müvəqqətinarahatlığa görə vətəndaşlardan üzr istəyirik",- deyə əlavəedilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
41
23
az.trend.az

10Sources