EN

Övlad valideynə aliment ÖDƏYƏ BİLƏR? - AÇIQLAMA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Övlad valideynə aliment ÖDƏYƏ BİLƏR? - AÇIQLAMA

Bizim bu gün əsas mənəvi dəyərlərimizdən biri ailə instutunun qorunub saxlanmasıdır. Ölkədə boşanmaların gündən-günə artması bu dəyərlərimizə ağır zərbə vurur. Bildiyimiz kimi, məhkəmənin qərarına əsasən övlad boşanan tərəflərdən kimin himayəsində qalırsa, həmin şəxs aliment ödəməyə borcludur. Uşağı qayğısına qalmaq Ailə Məcəlləsində, həm də Konstitusiyada olan bir öhdəlikdir. Valideyn əgər alimenti ödəməkdən böyün qaçırırsa, ona cərimələr və yaxud bir aya qədər həbs cəzası müəyyən olunur. Əgər inzibati məsuliyyətdən sonra yenidən həmin şəxs alimenti ödəməkdən boyun qaçırırsa, cinayət məsuliyyəti yarana bilir. Cinayət məsuliyyəti zamanı cərimələr, 1 ildən 3 ilə qədər azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Bu baxmdan uşaqlara ödənilən aliment qaydaları məlumdur. Mövzunun başqa bir tərəfi daha var. Aliment uşağa yetkinlik çatana qədər ödənilir. Bəs yetkinlik yaşına çatmış övlad valideynə aliment ödəyə bilərmi?

Mövzu ilə bağlı hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Sonxeber.az-a açıqlama verib:

"Ailə Məcəlləsinə görə yetkinlik yaşına çatmış övlad maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan ailələrini saxlamağa, onlara qayğı göstərməyə borcludur. Bu məhkəmə qaydasında olur. Bununla bağlı olaraq valideynlər könüllü sazişdə bağlaya bilərlər. Bu olmadıqda isə valideyn məhkəməyə müraciət edə bilər. Məhkəmə hər bir övladın ondan tutulan məbləği, maddi və ailə vəziyyətini, maraqlarını nəzərə almaqla hər ay sabit pul məbləği müəyyən edir. Bu qayda mümkündür. Burada başqa bir məsələ var. Uşaqlar valideynlik hüququndan məhrum edilən valideynlərə aliment ödəməli deyil. Bu əsas vacib məqamdır. Elə hallar olub ki, uşağa baxmadığına görə, valideynlər bu hüquqdan vaxtilə məhrum edilib. Bu qaydalar onlara aid deyil. Qanun çərçivəsində həmin şəxslər valideyn deyil. Amma uşaqların belə valideynlərə öhdəliyi yoxdur".

Sevda Səfərova

Chosen
73
11
Sources
Comment ()
Close

Rating

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1362
Azərbaycanda bu məhsul bahalaşdı
1263
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1234
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
1021
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
1020
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
1011
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
996
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
990
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
975
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
924
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
896
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
843
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
791
Helikopter qəzası ilə bağlı yeni xəbər
780
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
748
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
745
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
734
Həlak olan şəxslər sabah dəfn olunacaq
732
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
684
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
667