AZ

Azərbaycanda aliment verməkdən yayınanların ŞOK STATİSTİKASI

Azərbaycanda bir il ərzində aliment öhdəlikləri üzrə borclu və cavabdeh şəxslərin axtarışa verilməsinə dair rəsmi statistika açıqlanıb.

Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

Belə ki, rəsmi məlumata görə, 2023-cü ildə 11 217 nəfər aliment öhdəlikləri üzrə borclu və cavabdeh şəxs kimi axtarışa verilib. Nəticədə aliment ödəməkdən yayınan 6661 nəfərin yeri müəyyən edilib.

Aliment ödəmək istəməyən 4 556 nəfərin axtarışı isə ilin sonuna kimi nəticəsiz qalıb.

Rəsmi statistikaya görə, ötən il aliment öhdəlikləri üzrə borclu və cavabdeh şəxslər 2022-ci illə müqayisədə 106 faiz təşkil edib ki, bu da artım deməkdir.

A.Qorxmaz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
1
modern.az

10Mənbələr