Ağdamda minaatan qurğular aşkar edilib
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Yeni Qaralar kəndi ərazisindən 2 minaatan qurğusu, 3 avtomat, 53 mərmi, 1 qumbara, 2 partladıcı detonator, 2000-dən çox patron və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Araşdırma aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.