EN

Fiko Ukraynaya hərbi yardım göstərmək üçün şərtini açıqladı

Slovakiyanın baÅŸ naziri Robert Fiko Avropa Ä°ttifaqının apreldÉ™ keçirilÉ™cÉ™k sammitindÉ™ KiyevÉ™ sırf ikitÉ™rÉ™fli münasibÉ™tlÉ™r, yÉ™ni AÄ°-yÉ™ üzv ölkÉ™lÉ™rlÉ™ Ukrayna arasında hÉ™rbi yardımın göstÉ™rilmÉ™sini dÉ™stÉ™klÉ™yÉ™cÉ™yini bildirib. 

HİT.az xəbər verir ki, bu barədə yerli TASR agentliyi Slovakiya Nazirlər Kabinetinin rəhbərinə istinadən məlumat yayıb.

"Avropa Şurasının qarşıdan gələn fövqəladə sammitində Slovakiya üçün ən vacib məsələ Ukraynaya hərbi yardımın ikitərəfli məsələ olmasını təmin etməkdir", deyə agentliyin açıqlamasında deyilir.

Qeyd edildiyi kimi, baş nazir aprelin 17-18-də baş tutacaq sammitin ilk növbədə Aİ-nin vahid bazarına, eləcə də Yaxın Şərq və Ukraynadakı vəziyyətə həsr olunacağını vurğulayıb.

Bundan əvvəl Fiko bildirib ki, Ukrayna Şimali Atlantika Alyansına qoşulmaq istəyini ifadə edə bilər, lakin Bratislava onun NATO-ya qəbulu ilə bağlı sənədləri ratifikasiya etmək niyyətində deyil, çünki Slovakiya ölkənin neytral statusunda maraqlıdır.

Samir

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
79
hit.az

1Sources