EN

"Prezidentin hər səfəri ölkənin inkişafı üçün önəmli rol oynayır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Cənab Prezidentin nəzarətində olan regionların sosial-iqtisadi inkişafı layihəsi uğurla icra olunur". Bu sözləri SİA-ya açıqlamasında Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, ölkə başçısı mütəmadi olaraq bölgələrə səfərlər edir, görülən işlərlə tanış olur və yeni istifadəyə verilmiş obyektlərin açılışını edir: "Tikilmiş obyektlərin bünövrəsini qoyur, xüsusi tapşırıqlarını verir və ümumi olaraq ölkəmizin hər yerində iqtisadi-sosial, digər islahatlar davam edir. O cümlədən, regionlarda müvafiq həm dövlət, həm özəl sektor vasitəsilə genişmiqyaslı layihələr icra olunur. Ölkə başçısının Hacıqabul rayonuna səfəri və burada ölkənin ən böyük layihələrdən biri olan Şirvan su kanalının tikintisi ilə bağlı görülən işlərlə tanış olması, bu kanalın əhəmiyyəti barədə fikirlər söyləməsi, ölkəmizdə aparılan abadlıq, quruculuq işləri ilə bağlı olan fikirlər söyləməsi, Şirvan su kanalının hal-hazırda məcrasının genişləndirilməsi, çox böyük ərazini əhatə etməsi, onlarla şəhər və rayonun suvarılmasında uğurla istifadə olunacağı, bu vasitə ilə yaxın zamanda aqrar sahədə uğurlar əldə edə biləcəyimizi göstərir".

"Bilirik ki, ermənilər yalnız torpaqlarımızı işğal etməklə vandallıq etməmiş, həm də eyni anda bizim ekologiyaya, təbii sərvətlərimizə də çox böyük ziyan vurmuşlar. Hal-hazırda işğaldan azad olunmuş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında su ehtiyatlarımız 20%-dən yuxarını təşkil edir. Biz artıq onları əldə etməklə həm suvarma, həm də içməli su ilə bağlı ehtiyaclarımızın ödənilməsində önəmli rol oynayacağını da bilirik. Bunun üçün də ölkə başçısının tapşırığı ilə həmin ərazilərdə çox böyük işlər görülür. Ümumiyyətlə, geniş aspektdə baxsaq, gələcəkdə dünyada şirin su ilə bağlı çox böyük problemlərin olacağı qeyd edilir. Ölkəmiz də indidən preventiv məsələlərin görülməsini təmin etməyə başlayıb. Cənab Prezidentin qeyd etdiyi kimi Xəzər dənizinin suyunun şirin suya çevrilməsi prosesi də gələcəkdə baş tutacaq. Bu, həm suvarma, həm də içməli su ilə bağlı çox böyük fayda verəcək.

Digər məsələ Qarabağ kanalının istifadəyə verilməsidir ki, həmin ərazilərimizi, ölkəmizin su ehtiyatlarına müsbət təsirini göstərəcək. Ümumi götürsək, Prezidentin hər bir səfəri ölkə iqtisadiyyatının və digər sahələrin inkişafı üçün önəmli rol oynayır. Cənab İlham Əliyevin Hacıqabul rayonuna səfəri də dediklərimizə bariz nümunədir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
47
Sources
Comment ()
Close

Rating

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23565
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13094
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10059
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5675
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5508
Helikopter qəzası ilə bağlı yeni xəbər
4859
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4083
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3729
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3646
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3442
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3379
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3044
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
2936
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2743
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2677
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2516