EN

Gəncədə “Azəralüminium” zavodunun ərazisində yanğın olub

Gəncədə yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən “Azəralüminium” zavodunun ərazisindəki sexlərdən birində qeydə alınıb. Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub. Yağın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Yanğın barədə FHN də məlumat yayıb. Məlumatda bildirilir ki, Gəncə şəhərində ümumi sahəsi 30 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
82
1
Sources
Comment ()
Close