EN

Oyun zamanı infarkt keçirən italiyalı futbolçu öldü

Bakı. Trend:

İtaliyanın beşinci divizion komandası “Kastelfiorentino”nunyarımmüdafiəçisi Mattia Giani ölüb.

Trend İdman.biz-əistinadən xəbər verir ki, 26 yaşlı futbolçu matç zamanı baş verəninfarkt nəticəsində dünyasını dəyişib.

O, “Lançiotto Kampi”yə qarşı oyunun 15-ci dəqiqəsində meydandayıxılıb. Ürəyi dayanan futbolçuya həkimlər ilkin yardımgöstərdikdən sonra o, Florensiyada xəstəxanaya aparılıb. AmmaGianinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Mattia Giani “Empoli”nin yetirməsi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
76
4
Sources
Comment ()
Close