EN

Aytən Səfərova bu xəstəxanaya köçürüldü

Tarix: 17 Aprel 2024 11:15

"Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır".
Bu barədə Metbuat.az-a TƏBİB-dən bildirilib.
Xatırladaq ki, Aytən Səfərova səhər saatlarında Zığ şosesində, Gənclik parkının yaxınlığında qəzaya düşüb. Belə ki, aparıcının idarə etdiyi "Hyundai" markalı avtomobil digər minik avtomobili ilə toqquşub. O, müxtəlif dərəcəli xəsarətlər alıb.
Zərbənin təsiri nəticəsində avtomobillərdən biri aşıb və qarşıda dayanan "KİA Soul" markalı avtomobilə çırpılıb. Xəsarət alanlar var.



Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
69
4
sonxeber.net

10Sources