AZ

Qəza keçirən Aytən Səfərovanın vəziyyəti ağırdır - VİDEO

Aparıcı Aytən Səfərova ağır qəza keçirib. 

Redaktor.az bildirir ki, bu haqda televiziya ulduzu bizim.media-ya açıqlamasında bildirib. 

A.Səfərova qısa olaraq vurğulayıb ki, qəza nəticəsində müxtəlif bədən xəsarətləri alıb.

Hazırda müayinə üçün o, "Respublika Neyrocərrahiyyə Xəstəxanası"na yerləşdirilib.

Aparıcı səhhətinin ağır olduğunu qeyd edib. 

Hadisə paytaxtın Zığ şossesində Gənclik parkının yaxınlığında qeydə alınıb.

Belə ki, aparıcının idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili ilə toqquşub. Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb.

O, müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli isə bildirib ki, hadisə bu gün səhər saat 06.50 radələrində baş verib.

Zığ şossesi ilə Sadıqcan küçəsinin birləşməsində iki “Hyundai” markalı minik avtomobili toqquşub:

“Zərbənin təsiri nəticəsində avtomobillərdən biri aşıb və qarşıda dayanan "KİA Soul" markalı avtomobilə çırpılıb. Xəsarət alanlar var. Hazırda faktla bağlı araşdırma aparılır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
6
Mənbələr
Şərh ()
Bağla