Tbilisidə xarici agentlər haqqında qanuna qarşı keçirilən aksiyada polis 11 nəfəri saxlayıb.
Publika.az xəbər verir ki , bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb .
“Biz bir daha aksiyanın təşkilatçılarını və iştirakçılarını qanun çərçivəsində öz etirazlarını bildirməyə çağırırıq”, - deyə nzirlikdən bildirilib.
Bundan əvvəl xüsusi təyinatlılar Gürcüstan parlamentinin binası yaxınlığında etirazçıları dağıtmağa başlayıblar. Təhlükəsizlik qüvvələrinin təzyiqli su və gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.