Asiya Çempionlar Liqasının yarımfinal mərhələsində bu gün keçirilməli olan "Əl Əyn" - "Əl Hilal" oyunu təxirə salınıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb. Görüş Birləşmiş Ərəb Əmirliklərinin Əl Əyn şəhərindəki güclü daşqın səbəbindən təxirə salınıb.