- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Tarix: 17 Aprel 2024 00:40
Asiya Çempionlar Liqasının yarımfinal mərhələsində bu gün keçirilməli olan "Əl Əyn" - "Əl Hilal" oyunu təxirə salınıb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma Birləşmiş Ərəb Əmirliklərinin Əl Əyn şəhərindəki güclü daşqın səbəbindən keçirilməyib.
Oyunun aprelin 17-də keçirilməsinə qərar verilib.
Milli.Az