EN

Azərbaycan Fransadan kiloqramı 3,5 manata ispanaq idxal edir


Bu ilin ilk 2 ayı ərzində Azərbaycana xarici ölkələrdən 16 min 590 dollar dəyərində 8 390 kiloqram ispanaq idxal olunub.
Yeniavaz.com
xəbər verir ki, idxal olunan ispanağın yarıdan çoxu – 6 720 kiloqramı Fransadan gətirilib. Fransadan gətirilən ispanağın 1 kiloqramının orta gömrük dəyəri 2,1 dollar (3,5 manat) olub.
Bundan başqa kiloqramı 1 dollardan (1,7 manat) 200 kiloqram ispanaq İrandan, kiloqramı 1,7 dollardan (2,8 manat) 1 360 kiloqram ispanaq Türkiyədən, kiloqramı 2,3 dollardan (3,9 manat) 110 kiloqram ispanaq isə Polşadan idxal olunub.

Elnur Əli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
51
2
yeniavaz.com

3Sources