EN

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Sosial

Bakı, 16 aprel, AZƏRTAC

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları qanunamüvafiq tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər nəticəsində 1994-cü il təvəllüdlü, “Semka” ləqəbi ilə tanınan Samir Ramazanov saxlanılıb.

Müvafiq qərarla S.Ramazanov 30 sutka inzibati qaydada həbs olunub.

Chosen
10
43
Sources
Comment ()
Close

Rating