AZ

Daha bir "tiktoker" həbs edildi

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıb.
DİN-dən Trend-ə verilən məlumata görə, sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.
Tədbirlərlə 1994-cü il təvəllüdlü, “Semka” ləqəbi ilə tanınan Samir Ramazanov saxlanılıb.
Müvafiq qərarla S.Ramazanov 30 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar etməkdə ittiham olunan şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər çərçivəsində barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-ci il təvəllüdlü, “Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev yenidən məsuliyyətə cəlb edilib. Məhkəmənin qərarı ilə S.Mirzəyev 30 sutka inzibati qaydada həbs edilib.

Seçilən
139
48
Mənbələr
Şərh ()
Bağla

Reytinq