Ağdamda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.Bakıvaxtı.az xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Ağdam rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-2107" markalı avtomobillə "BMW" markalı avtomobil toqquşub. Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb."VAZ-2107" markalı avtomobilin sürücüsü xəstəxanaya aparılarkən yolda ölüb. Digər sürücü isə xəstəxanaya yerləşdirilib.