AZ

Ağdamda yol qəzası: Ölən var -Foto

Ağdamda bir nəfərin ölümü ilə nəticələnən qəza baş verib.APA xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Ağdam rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ-2107 markalı minik avtomobili ilə BMW markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb. VAZ-2107 markalı avtomobilin sürücüsü xəstəxanaya aparılarkən yolda ölüb. Digər sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.






AzVision.az

Seçilən
56
14
Mənbələr
Şərh ()
Bağla

Reytinq