EN

Azərbaycan elektromobil idxalını 2 dəfə artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 361 milyon ABŞ dolları dəyərində 19 571 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
 
Moderator.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 14,6 % çox və 5,9 % azdır.
 
3 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı dəfə 23,9 % azalaraq 35 ədəd (2,254 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 8,6 % azalaraq 17 610 ədəd (315,79 milyon ABŞ dolları dəyərində) təşkil edib.
 
Bu avtomobillərin 3 615-i (117,985 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 830-u (35,309 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
 
Bu isə birincinin 18,6 %, ikincinin isə 2 dəfə artması deməkdir.
 
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 33,1 % artaraq 1 821 ədəd (32,372 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 13,2 % azalaraq 105 ədəd (10,607 milyon ABŞ dolları dəyərində) olub.
Chosen
20
49
Sources
Comment ()
Close

Rating

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
25894
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
25097
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18097
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
14152
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14105
Sabah 20 dərəcə isti olacaq
9355
May ayında Azərbaycana qar yağdı - VİDEO
8656
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8408
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8319
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7119
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7069
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6959
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6723
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6332
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6304
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6294
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5906
Azərbaycan nefti ucuzlaşıb
5790
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5629
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5593