AZ

Qarğıdalı idxalı niyə artır?

“Qarğıdalı idxalı ildən-ilə artır. Daxili təlabatı təmin etmək üçün bu bitkinin istehsalını genişləndirmək olar”.

Bu sözləri Hit.az-a aqrar sahə üzrə ekspert Akif Nəsirli deyib. 

Onun sözlərinə görə, ölkəmizdə qarğıdalı yetişdirilir, ancaq lazımi səviyyədə deyil. Bu məhsul daha çox qara torpaqda yetişir: 

"Qarğıdalı qara torpaq zonalarında daha çox inkişaf edir və bol məhsul verir. Bu səbəbdən də ölkəmizə qarğıdalı idxalının artması təbii haldır”.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycana 30 min 323 ton qarğıdalı idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu həcmdə qarğıdalının idxal dəyəri 10 milyon 572 min ABŞ dolları təşkil edib.Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq həcm baxımından 7 min 657 ton (34 %), dəyər baxımından isə 2 milyon 168 min ABŞ dolları (25,8 %) çoxdur.

Sevinc

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
259
7
hit.az

10Mənbələr