EN

“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI

“Əli Kərimli bitmiş, qurtarmış, xərclənmiş adamdır. Ona görə çırpınır. Ona görə hər gün, hər mövsüm yeni riyakarlıqlarla, növbəti imitasiyalarla, sərsəm-sərsəm açıqlamalarla gündəmə gəlmək istəyir. Ona görə “mən də varam” kompleksinə girib. Ona görə xarici piştaxtalarda keçi qiymətinə satılmağı, kimlərinsə “əl meymunu” olmağı özünə rəva bilir. Xaric məsələsini niyə xüsusi qeyd elədim? Çünki son mitinq təşəbbüsü, aksiya sifarişi xaricdə qərarlaşan anti-Azərbaycan qüvvələrindən gəlib”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.

Onun sözlərinə görə, mesaj oradan ötürülüb və Əli Kərimli adında vətən xaini də “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək həmin mitinqin anonsunu verib: “Məndə olan informasiyalara görə hələ yalnız anons, elan üçün bu yaramaz gədəyə 55 min avro pul ödənilib. Daha dəqiq desəm: həmin pul oğlu Türkelin İsveçrədəki bank hesabına yatırılıb.

Alçaqdır bunlar. Namərddir bunlar. Vətən satmağı özlərinə prioritet seçən, düşmən dəyirmanına su tökən, erməni əlinə oynayan binamusdur bunlar”.

“Bir adam ki, hansısa ölkənin xüsusi xidmət orqanının əlində, ovcunda, cibində, sərəncamında ola, bir adam ki, Şuşanın işğaldan azad edilməyinə sevinməyə, bir adam ki, Mark Şvabeni öz saytında reklam edə, bir adam ki, Cəmil Həsənli kimi üzdənirağı özünə “fəxri sədr” seçə, bir adam ki, Kardaşyanın mənəvi irsindən bəhrələnə, hər əməli ilə ona oxşamağa çalışa, beləsindən nə gözləmək olar? Əlbət ki, heç nə!

Ona görə də bu zavallılar, bu bitmişlər, bu yarımçıqlar fiaskoya məhkumdurlar. Rəzillik, şərəfsizlik, nadanlıq Əli Kərimlinin alnına yazılıb və o, bu möhürü, bu adı öz üzərindən heç zaman götürə, silə bilməyəcək. Çünki layiqdir!”,- deyə o əlavə edib.

Chosen
156
4
Sources
Comment ()
Close

Rating

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
27944
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26964
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
19434
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18181
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14714
Sabah 20 dərəcə isti olacaq
10042
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
9872
May ayında Azərbaycana qar yağdı - VİDEO
8979
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8778
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8582
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
7944
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7463
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7196
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7105
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6711
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6619
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6566
Azərbaycan nefti ucuzlaşıb
6203
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6188