EN

“Mançester Yunayted” 57-ci futbolçu zədəsi haqda açıqlama yaydı

Cari mövsümdə İngiltərə nəhəngi “Mançester Yunayted”in düşərgəsində zədə epidemiyası ağlasığmaz rəqəmə yüksəlib.

Arena.az məlumat verir ki, “qırmızı şeytanlar” Premyer Liqanın 33-cü turunda “Bornmut”la səfər oyunu (2:2) ərəfəsində komandanın braziliyalı vingeri Antoninin zədələndiyini rəsmən bəyan ediblər.

Bununla da cari mövsümdə Mançester klubunun heyətində zədə ilə üzləşmələrin sayı ağlasığmaz rəqəmə – 57-yə çatıb.

Braziliyalı hücumçunun zədəsinin xüsusiyyəti və sağalma müddəti hazırda məlum deyil. Müvafiq suallara əsaslı müayinə aydınlıq gətirəcək.

Antoni “San-Paulu”nun yetirməsidir. O, “Mançester Yunayted”ə 2022-ci ilin avqustunda 95 milyon avro müqabilində “Ayaks”dan keçib. Braziliyalı futbolçunun “qırmızı şeytanlar”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Antoni İngiltərə nəhənginin heyətində 33 oyuna çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.

Braziliyalı vinger “qırmızı şeytanlar”la 2023-cü il İngiltərə Liqa Kubokunun qalibi olub.

Antoni 2021-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 16 oyuna 2 qol vurub, eyni sayda məhsuldar ötürmə verib. Antoni Brazliya millisi ilə 2020 Tokio Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı vingerin transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
160
19
arena.az

10Sources