EN

İran niyə geri çəkildi? – Tehran öz mütəffiqlərinə güvənmir

İran İsrailə ilk zərbəni vuran kimi dayandığını bəyan etdi. Əslində İranın hücumunun sadəcə bir görüntü olduğu bəlli idi. Çünki hələ zərbə endirməmişdən öncə İranın rəsmi xəbər agentlikləri İsrailə zərbə endircəklərini və gülməli də olsa bunu hansı saatda həyata keçirəcəklərini açıqlamışdı. Yəni rəsmi Tehran biz bu saatda sizə zərbə endirəcəyik, ehtiyyat tədbirlərinizi görün mesajını verirdi.

Bu hücum onu deməyə əsas verir ki,bu hücum  İranın hazırda İsrailə qarşı edə biləcəyi ən böyük addım idi.

Mövcud münaqişələr və böhranlar kontekstində təbliğat komponentinin əhəmiyyətini və son İran-İsrail münaqişəsi kontekstində Tehranın hərəkətlərinə ironiya ilə qiymət verilməsini nəzərə alaraq, lakin daha obyektiv olmaq üçün aşağıdakı faktlar nəzərə alınmalıdır. :

1. Tehran əslində İsraillə müharibəyə  maraqlı deyil. İranın əsas istəyi  mümkün qədər İsraillə müharibədən qaçmaqdır. Odur ki, son vaxtlar kifayət qədər tez-tez baş verən bu cür təxribatların qarşısının alınması və onların həyata keçiriləcəyi təqdirdə nəticələrinin uğurla idarə edilməsi məsələsi İranın xarici və təhlükəsizlik siyasətinin əsas məsələsidir. Bir sözlə İran İsraillə müharibəyə girməkdən çəkinməklə həm də özünü qorumaq niyyətindədir. Əgər İran müharibəyə gorsə bu region üçün böyük fəlakətlərə səbəb ola bilər. Sözsüz ki,İranı müharibəyə qoşmaq Qərbin və ABŞ-ın ən böyük arzusudur.

2.Aydındır ki, İran daxilində iki böyük qüvvə var. Bunlardan biri SEPAH və İran Silahlı Qüvvələridir. SEPAH daha çox müharibəyə maraqlıdır və kontekstdə hərəkət edir. Lakin iranlı analtiklər müharibədən qaçmağın bütün detallarını müzakirə edirlər. SEPAH və İran Silahlı Qüvvələri arasında dərin uçurum var və bunu Qərbdə də anlayırlar.

3. İran müharibədən niyə çəkinir? Əslində hesab etmək olar ki, İranın  Rusiya, Çin, Hindistan, Ermənistan, Suriya, İraq, Qətər, Livan kimi  müttəfiqləri var. Görünən odur ki, İran medianın mütəffiq hesab etdiyi dövlətlərə hələ də güvənmir.

Qoşqar Salmanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
208
50
Sources
Comment ()
Close

Rating

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
36871
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24119
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18991
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14860
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
13218
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11611
Helikopterin qalıqları tapılıb
11061
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7776
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6861
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6430
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5680
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5434
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4683
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4336
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3846
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3345
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3137
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2337
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2270