EN

Kənd məktəbinə ehtiyacından artıq dəftər verildi - FOTO

Masallınıın Köçəkli kənd məktəbinə xeyriyyəçilərin və yerli icmanın dəstəyi ilə  tələb olunandan da çox dəftər daxil olub.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 400-dən artıq şagirdi olan məktəbin direktoru Ceyhun Qurbanov bu sayda ləvazimatların hətta məktəb şagirdlərinin 4 illik ehtiyacını ödəcəyini bildirib.

Eyni zamanda məktəbə ibtidai siniflərin ehtiyacı üçün 800 dəst məktəbli forması verilib.

Məktəbli formaları tələbatdan çox olduğu üçün onun bir qismi digər məktəblərə - Hacıtəpə, Həsənli, Məmmədxanlı, Qarğalıq, Qədirli, Musaküçə, Qasımlı, Mahmudavar və digər təhsil ocaqlarına paylanıb.


Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
218
50
bizim.media

10Sources