AZ

Şimal-Qərb bölgəsində temperatur aşağı enib - FOTO

Şimal-Qərb bölgəsində qeyri-sabit hava davam edir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bölgə ərazisində temperatur son üç gündə 12-15 dərəcəyə kimi aşağı enib. Fasilələrlə yağış yağması davam edir.

Bəzən çiskinli-dumanlı hava şəraiti də müşahidə olunur ki, bu da avtomobil yolarında nəqliyyatın hərəkətində məhdudiyyətlər yaradır. 
Qeyd edək ki, bu günlər Böyük Qafqazın cənub yamaclarının yüksək zirvələrinə yenidən qar yağıb. Əlbəttə ki, dağlıq ərazilərdə temperatur Arana nisbətən daha çox enib. 

İlkin məlumatlara əsasən yüksək dağlıq ərazilərdə havanın temparaturu 5-8 dərəcə arasında dəyişir. Gecə saatlarında isə havanın temperaturu bir qədər də enir. 

Bölgə rayonlarında havanın qeyri-sabitliyi qarşıdakı gündə də davam edəcəyi bildirilir.














Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
183
50
Mənbələr
Şərh ()
Bağla