EN

İŞİD ABŞ-ı HƏDƏF ALDI

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

ABŞ təhlükəsizlik qüvvələri Aydaho ştatının qərbində kilsəyə terror aktı hazırlayan 18 yaşlı gənci həbs edib.

Musavat.com Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, Aleksandr Skott Merkurio İŞİD-ə beyət edib və onun adından hücumlar həyata keçirmək niyyətində olub.

O, həmçinin İŞİD-ə maddi dəstək və resurslarla təmin etmək cəhdində ittiham olunur.

İstintaq zamanı müəyyən edilib ki, şübhəli şəxs bıçaqlı və odlu silahlardan istifadə etməklə Aydaho ştatında kilsəyə hücum etməyi planlaşdırıb.

Təqsirli bilinərsə, onu maksimum 20 il həbs gözləyir.

Musavat.com

Chosen
261
50
1

1Sources

Comment ()
Close