AZ

Rusiya “Crocus City Hall”da terror aktı ilə bağlı daha 7 nəfəri terrorçular siyahısına daxil edib

Rusiya \"Crocus City Hall”da terror aktı ilə bağlı daha 7 nəfəri terrorçular siyahısına daxil edib.

Onlar Aminçon və Dilovar İslamov qardaşları, onların atası İsrail İslamov, Alişer Kasimov, Lütfullo Nəzrimada, Yakubconi Yusufzoda və Məhəmməd Şaripzodadırlar.

Adıçəkilən şəxslərin terrorda iştirak etdikləri iddia olunur.

Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki \"Crocus City Hall” konsert zalında yerli \"Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı törədilib. Atəş açaraq binaya daxil olan silahlı şəxslər məkanı yandırdıqdan sonra hadisə yerindən qaçıblar.

Son məlumata görə, həmin terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya \"hesaba qatılmamış\" sayılır. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev daha əvvəl terror aktının sponsoru kimi Fransa Prezidenti Emmanuel Makronu göstərib.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev də bildirib ki, terror aktının izləri Ukrayna xüsusi xidmət orqanlarına aparır. O, konsert salonuna hücumun sifarişçisi və sponsorunun tezliklə müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti müstəqil deyil və tamamilə Amerika Birləşmiş Ştatlarının nəzarətindədir.
 
///report
Seçilən
246
50
Mənbələr
Şərh ()
Bağla