Qubada 86 yaşlı anasını qətlə yetirməkdə təqsirləndirilən Zülfüqar İsmixanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
APA xəbər verir, istintaq orqanı tərəfindən cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası mayın 2-nə təyin edilib.
Qeyd edək ki, keçən ilin dekabr ayında Quba rayonunun Bağbanlı kənd sakini 1937-ci il təvəllüdlü Zöhrə İsmixanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1974-cü il təvəllüdlü Zülfüqar İsmixanovun yaşadıqları evdə sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı anası Zöhrə İsmixanovaya odun parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Sources
-
sonxeber.azAytən Kərimovaya 7 il həbs istənildi ( 5503438)
-
qafqazinfo.azAytən Kərimovaya 7 il həbs istənildi ( 5503126)
-
demokrat.az“Nikosayağı”nın qəza keçirtdiyi avtomobil satışa çıxarıldı ( 5418349)
-
e-huquq.azPiyadanı maşınla vurub öldürməkdə təqsiləndirilən sürücü hakim qarşısına çıxarılır ( 5352739)
-
bizim.mediaSaatlıda anasının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır ( 5313232)
-
demokrat.azSaatlıda anasının ölümünə səbəb olmaqda təqsirləndirilən sürücünün məhkəməsi başlayır ( 5311939)
-
oxu.azSaatlıda anasının ölümünə səbəb olmaqda təqsirləndirilən sürücünün məhkəməsi başlayır ( 5311438)
-
demokrat.azQubada 86 yaşlı anasını qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır ( 5310022)
-
baku.wsSaatlıda anasının ölümünə səbəb olmaqda təqsirləndirilən sürücünün məhkəməsi başlayır ( 5309740)
-
oxu24.comQubada 86 yaşlı anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır ( 5309188)