Neymar 1 milyard dollar qazanmış 10-cu idmançı oldu – Siyahı
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun və Braziliya millisinin 32 yaşlı hücumçusu Neymar karyerası ərzində 1 milyard dollar qazanan onuncu idmançı olub. Yeniavaz.com xəbər verir ki, bu barədə “Transfer News Live” nəşri məlumat yayıb. Onluğa daxil olan idmançıları təqdim edirik: 1. Maykl Cordan (ABŞ, basketbol) - 2,7 milyard dollar; 2. Tayqer Vuds (ABŞ, qolf) - 1,85 milyard dollar; 3. Kriştianu Ronaldo (Portuqaliya, futbol) - 1,57 milyard dollar; 4. Lebron Ceyms (ABŞ, basketbol) - 1,36 milyard dollar; 5. Lionel Messi (Argentina, futbol) - 1,36 milyard dollar; 6. Rocer Federer (İsveçrə, tennis) - 1,17 milyard dollar; 7. Floyd Meyvezer (ABŞ, boks) - 1,14 milyard dollar; 8. Devid Bekhem (Böyük Britaniya, futbol) - 1,13 milyard dollar; 9. Fil Mikelson (ABŞ, qolf) - 1,05 milyard dollar; 10. Neymar (Braziliya, futbol) - 1,01 milyard dollar.