AZ

Məşhur idmançıların qazancları məlum oldu - 2,7 milyard dollar

Tarix: 5 Aprel 2024 15:24

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun braziliyalı futbolçusu Neymarın qazancı 1 milyard dollara çatıb.
Milli.Az report-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu peşəkar karyerası ərzində 933,2 milyon avro qazanıb.
Bu məbləğə maaş, sponsorluq müqavilələri və digər gəlir mənbələri daxildir. Neymar 1 milyard dollar qazanan 10-cu idmançı olub.
Qazancı milyard dollara çatan idmançıların siyahısı belədir:
1. Maykl Cordan (ABŞ, basketbol) - 2,7 milyard
2. Tayqer Vuds (ABŞ, qolf) - 1,85 milyard
3. Kriştianu Ronaldu (Portuqaliya, futbol) - 1,57 milyard
4. Lebron Ceyms (ABŞ, basketbol) - 1,36 milyard
5. Lionel Messi (Argentina, futbol) - 1,36 milyard
6. Rocer Federer (İsveçrə, tenis) - 1,17 milyard
7. Floyd Meyvezer (ABŞ, boks) - 1,14 milyard
8. Devid Bekhem (İngiltərə, futbol) - 1,13 milyard
9. Fil Mikelson (ABŞ, qolf) - 1,05 milyard
10. Neymar (Braziliya, futbol) - 1,01 milyard
Milli.Az

Seçilən
116
4
Mənbələr
Şərh ()
Bağla