EN

"Behzat Ç." bələdiyyə sədri oldu

"Behzat Ç." serialı ilə məşhurlaşan türkiyəli aktyor Erdal Beşikçioğlu bələdiyyə sədri seçilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP-nin namizədi olaraq Ankaranın Etimesqut ilçesində bələdiyyə sədrliyi üçün yarışan aktyor qalib gəlib.

Seçkinin populyar namizədlərindən olan Erdal Beşikçioğlu 56,58 faiz səs toplayıb. Onun rəqibi, MHP-nin namizədi Enver Demirel isə 32,62 faiz səs toplaya bilib.

Erdal Beşikçioğlu "X" hesabında etdiyi paylaşımda "Sağ ol Ankara" yazıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
142
6
publika.az

10Sources