AZ

CHP Bələdiyyə seçkilərində AKP-ni üstələyib

Image

Dünən Türkiyədə keçirlən Bələdiyyə seçkilərində nəticələr məlum olub. Türkiyə mətbuatının yazdığına görə artıq səslərin 99,81 faizi hesablanıb. Məlum olub ki, ana müxalifət partiyası sayılan Cümhuriyyet Xalq Partiyası (CHP) 37,74 faiz səslə irəlidədir. Hakim AKP 35,49 faiz səs toplayıb. Əsas mübarizə İstanbul və paytaxt Ankara uğrunda gedib. İstanbulda hazırkı Bələdiyyə sədri Əkrəm İmamoğlu  51,08 faiz səslə liderlik edir. AKP namizədi Murat Kurum isə 39,59 faiz səs toplaya bilib. Ankarada CHP namizədi Mansur Yavaş 60,35 faiz səs topladığı halda AKP nümayəndəsi 31,69 faiz səs toplaya bilib.

Mətləb Salahov





Seçilən
160
36
Mənbələr
Şərh ()
Bağla

Reytinq