EN

Polşalı fermerlər Ukrayna ilə sərhəd keçid məntəqəsini yenidən bağlaya bilər

Polşa fermerləri Ukrayna ilə sərhəddəki Uqrinov-Dolqobiçev keçid məntəqəsinin blokadasını bərpa edə bilərlər.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko məlumat verib.

“Aprelin 2-də polşalı fermerlər Pasxa bayramları zamanı fəaliyyətini müvəqqəti dayandırdıqları Uqrinov-Dolqobiçev keçid məntəqəsi istiqamətində blokadanı bərpa etməyi planlaşdırırlar”, – deyə Demçenko qeyd edib.

"Hazırda keçid məntəqəsi ilə nəqliyyatın hərəkəti hər iki istiqamətdə həyata keçirilir",- Demçenko aydınlıq gətirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
105
7
Sources
Comment ()
Close