AZ

Polşalı fermerlər Ukraynadan gələn yük maşınlarının hərəkətini əngəlləyiblər

Ukraynadan Polşaya hərəkət edən yük maşınlarının hərəkəti 5 sərhəd keçid məntəqəsində fermerlər tərəfindən tamamilə əngəllənib.

“Report” Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko məlumat verib.

“Doğrudur, onlar hələ müəyyən sayda yük maşınının Ukraynaya keçməsinə icazə verirlər. Amma bütün bu istiqamətlərdə yük maşınlarının Polşaya keçməsinə ümumiyyətlə yol vermirlər”, - o qeyd edib.

Xatırladaq ki, polşalı fermerlərin ümummilli etirazı fevralın 9-da başlayıb. Polşada fermerlər bütün ölkə boyu etiraz aksiyası keçirərək Ukrayna ilə sərhəddə yolları və keçid məntəqələrinə girişləri bağlayırlar. Etirazçıların əsas tələbləri Ukraynadan Polşaya kənd təsərrüfatı məhsullarının idxalını dayandırmaq və 2050-ci ilə qədər sıfır emissiyaya nail olmağın nəzərdə tutulduğu Avropa İttifaqının ekoloji planlarından (Yaşıl Sövdələşmə) imtina etməkdir.

Seçilən
140
7
Mənbələr
Şərh ()
Bağla