EN

Atmosferə atılan tullantıların həcmi 34 min tondan çox artıb

2023-cü ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2022-ci illə müqayisədə 34,5 min ton çoxalaraq ümumilikdə 965,1 min ton təşkil edib ki, onun da 85,0 faizi və ya 820,8 min tonu avtomobillərdən atılan tullantıların payına düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, avtomobillərdən atılmış zərərli maddələrin həcmi 6,3 faiz artıb, stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 8,9 faiz azalıb. Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 21,1 min ton, Sumqayıt şəhərində 0,9 min ton azalıb, Mingəçevir şəhərində isə 0,2 min ton artıb.
Qeyd edilib ki, profilaktik tÉ™dbirlÉ™r nÉ™ticÉ™sindÉ™ ötÉ™n il stasionar mÉ™nbÉ™lÉ™rdÉ™ yaranan zÉ™rÉ™rli maddÉ™lÉ™rin 67,3 faizi tÉ™mizlÉ™yici qurÄŸular vasitÉ™silÉ™ tutularaq zÉ™rÉ™rsizləşdirilib. AtmosferÉ™ atılan zÉ™rÉ™rli maddÉ™lÉ™rin miqdarının azaldılması üçün sÉ™naye müəssisÉ™lÉ™rindÉ™ texnoloji proseslÉ™rin tÉ™kmilləşdirilmÉ™si vÉ™ mövcud tÉ™mizlÉ™yici qurÄŸuların sÉ™mÉ™rÉ™liliyinin artırılması nÉ™ticÉ™sindÉ™ hava hövzÉ™sinÉ™ il É™rzindÉ™ 85,2 min ton zÉ™rÉ™rli maddÉ™lÉ™rin atılmasının qarşısı alınıb. 

Bütün mənbələrdən atmosferə atılmış zərərli tullantıların 61,5 faizini karbon oksidi, 21,3 faizini karbohidrogenlər, 13,4 faizini azot oksidi, 0,1 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil edib.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
31
13
bizim.media

10Sources