EN

Xocalıya ilk köçün əks-sədası başqa cür olacaq...

Image

Səbuhi Məmmədov: “Xocalıya böyük köçün başlayacağı gün uzaqda deyil” 

Erməni işğalından azad olunan Xocalı rayonuna ilk köç bu ilin may ayında olacaq. Bu barədə media nümayəndələrinə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov deyib.

O bildirib ki, Xocalıda tikinti və abadlıq işləri həyata keçirilir: “Hazırda 500-ə qədər evdə bərpa işləri aparılır. May ayında ilkin olaraq 50 ailənin Xocalıya köçürülməsi nəzərdə tutulur”. 

Qeyd edək ki, Xocalı rayonu 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal olunmuşdu. Həmin gecə erməni quldurları Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədiblər. Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayının 19-20-də keçirdiyi antiterror əməliyyatları nəticəsində Xocalı işğaldan azad olunub.

Hazırda Xocalı sakinləri böyük sevinclə öz yurdlarına geri qayıdacağı günü gözləyir.

“Bir zamanlar ata-baba ocaqlarından didərgin düşən soydaşlarımız bu gün böyük fəxarət və inamla torpaqlarına qayıdacaqları günü səbrsizliklə gözləyir” 

Xocalı rayon sakini, müəllim Səbuhi Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında bunları dedi: “Xocalıya böyük köçün başlayacağı gün uzaqda deyil. Hazırda işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xocalı şəhərində Prezidentimizin tapşırığı ilə böyük miqyaslı quruculuq-tikinti işləri aparılır. Görülmüş işlər biz xocalılıları ürəkdən sevindirir, öz doğma ata-baba yurdumuza qayıdacağımız günü daha da yaxınlaşdırır”.

S.Məmmədovun sözlərinə görə, bu il artıq həsrəti bitənlərin köç karvanları Xocalıya, Xankəndiyə istiqamət götürəcək. İllər sonra əsl sahibləri əzəli torpaqlarına əbədi qayıdacaq və Xocalı göylərində dolaşan şəhid ruhları da əbədi rahatlığa qovuşacaq!

O xatırladıb ki, erməni silahlı birləşmələri Xocalı şəhərini 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal edib. Erməni işğalçıları Xocalıda Azərbaycan xalqına qarşı tarixin ən qanlı soyqırımlarından birini törədib: “Rəşadətli Ordumuz üç il əvvəl Qarabağı düşməndən azad edib. Ölkəmizin ərazi bütövlüyü bərpa olunub, şəhidlərimizin, eləcə də Xocalı qətliamı qurbanlarının qisası alınıb.  Xocalı sakinləri artıq doğma torpaqlarına qovuşacaqlar. Bir zamanlar ata-baba ocaqlarından didərgin düşən soydaşlarımız bu gün böyük fəxarət və inamla torpaqlarına qayıdacaqları günü səbrsizliklə gözləyirlər”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
206
50
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13737
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11065
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9098
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2947
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2491
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2220
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2107
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2068
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1831
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1545
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1036
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
754
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
671
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
665
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
653
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
651
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
611
Arda Gülər dayanmır, yenə fərqləndi -
585