EN

Azərbaycanda taksilərlə bağlı yeni tələb avtomobil bazarına necə təsir edəcək?

Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”ə əsasən, Azərbaycanda dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Üstəlik, bundan sonra taksilər ağ və yaxud qırmızı rəngdə olmalıdır.

Bu isə avtomobil bazarı üçün ciddi siqnaldır.

Çünki, hazırda ölkədə taksi xidməti göstərmək üçün istifadə olunan minik avtomobillərinin, xüsusilə geniş yayılmış “Toyota Prius”ların əksəriyyətinin istehsal ili 2009-cu ilə qədərdir, yəni yaşları 15 ildən çoxdur. Artıq həmin nəqliyyat vasitələrinin kütləvi şəkildə satışa çıxarılması müşahidə edilir. Bu tendensiya yəgin ki, taksidə istifadə olunan digər markalı maşınları da əhatə edəcək. “Report” yeni tələbin avtomobil bazarına təsiri ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev deyir ki, məlum qərar artıq taksi üçün işə yaramayan köhnə minik avtomobillərini kəskin ucuzlaşdıracaq: “Məsələn, “Toyota Prius”ların qiyməti 40-50 % aşağı düşə bilər. Tədricən isə onlar da daxil olmaqla köhnə maşınların dövriyyədən çıxdığını, yeni maşınlara, xüsusilə yerli istehsal nəqliyyat vasitələrinə tələbatın artdığını görəcəyik. Bu da ekoloji təmizlik baxımından yaxşıdır, çünki yaşı çox olan avtomobillər ekologiyaya çox böyük ziyan vurur”.

Azərbaycana avtomobil idxalı ilə məşğul olan iş adamı Elnar Rzazadə isə hesab edir ki, yeni tələb ölkədə minik avtomobillərinin sayını artıracaq: “Azərbaycanda nəinki ili köhnə olan, hətta təzə olan, amma rəngi ağ və yaxud qırmızı olmayan avtomobillər də münasib qiymətə satışa çıxarılacaq və kimlərəsə (indiyə qədər maşını olmayan şəxslərə) satılacaq. Yəni, köhnə maşınlar istənilən halda ölkədə daxilində qalacaq, maşınını satmış şəxslər isə gedib yeni, rəngi uyğun olan nəqliyyat vasitələri alacaqlar və beləliklə minik avtomobillərinin sayı artacaq”.

Avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərli isə hesab edir ki, hökumətin qərarı avtomobillərin qiymətlərinə ciddi təsir etməyəcək: “Məncə, avtomobil bazarında ucuzlaşmadan danışmaq hələ tezdir. Bu qərarın bazara aidiyyəti yoxdur və qiymətlərə təsiri olmayacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
133
50
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12509
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
9256
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8732
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2520
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2201
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1952
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1837
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1654
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1239
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1046
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
776
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
549
Arda Gülər dayanmır, yenə fərqləndi -
505
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
437
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
430
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
425
Arda dubl etdi - VİDEO
412
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
400