EN

Xırdalan Tibb Mərkəzinə cərimə yazılıb

Xırdalan Tibb Mərkəzi MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, tibb mərkəzi barədə İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə protokol tərtib olunub və Abşeron Rayon Məhkəməsinə göndərilib.

İş hakim Sevinc Quliyevanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Protokol təsdiq olunsa, Xırdalan Tibb Mərkəzi altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
111
1
Sources
Comment ()
Close